Dünya futbolu
“Qəbələ”nin rəqibi 2 hücumçu transfer etdi
“Qəbələ”nin Avropa Liqasının qrup mərhələsindəki …
“Qəbələ”nin Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Belçikanın “Anderlext” klubu heyətini gücləndirməkdə davam edir. Futbolinfo.az sözügedən klubun rəsmi saytına istinadla xəbər verir ki, Belçika təmsilçisi daha 2 transfer həyata keçirib.
“Bənövşəyi-ağlar” bununla hücumçu problemini yoluna qoyublar. Çünki yeni transfer edilən Hamdi Harbui və Massimo Bruno məhz ön xətt oyunçularıdı. Belçika çempionatının keçmiş bombardiri Harbui “Udineze”dən transfer edilib. Tunis millisinin üzvü yeni komandası ilə 2 illik müqavilə imzalayıb. “Leypsiq”dən alınan Bruno isə 1 illik sazişə qol çəkib. Belçika gənclər millisinin sabiq üzvü 2011-2014-cü illərdə “Anderlext”in formasını geyinib.
Qeyd edək ki, “Anderlext” Avropa Liqasının C qrupunda “Qəbələ”, “Sent-Etyen” və “Maynts”la mübarizə aparacaq.
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd
- Ölkə futbolu2024-04-17 17:17
Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”
- I Liqa2024-04-17 17:34
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi
- Müsahibə2024-04-17 16:07
Sekidika çempionatın səviyyəsindən razıdır: “İstənilən komandanı məğlub etmək olar”