Milli komanda
Millimiz üçün "Qəbələ"nin darmadağınını görən referi
Dünya çempionatının seçmə mərhələsi ç?…
Dünya çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək San Marino – Azərbaycan oyununu idarə edəcək Sebastyan Delferer azarkeşlərimizə tanışdı. Futbolinfo.az xəbər verir ki, belçikalı ədalət təmsilçisi indiyə kimi təmsilçilərimzin oyununu 1 dəfə idarə edib.
35 yaşlı referi ötən mövsüm Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Borussiya” (Dortmund, Almaniya) – “Qəbələ” oyununda ədaləti qoruyub. 4:0 hesabı ilə almanların xeyrinə başa çatan görüşdə o, meydan sahiblərinin 1, təmsilçimizin isə 4 oyunçusuna sarı vərəqə göstərmişdi.
2010-cu ildən FİFA referisi statusunu daşıyan Delferer 3 dildə – ingilis, alman və fransızca bilir. Referilikdən başqa məşqçilər məktəbində də çalışan fit sahibi UEFA-nın 2-ci kateqoriyalı hakimlər siyahısına daxildi.
İndiyə kimi 42 beynəlxalq görüş idarə edən “qarapaltarlı” bu oyunlarda futbolçulara 162 sarı, 9 qırmızı vərəqə göstərib. O, həmçinin komandaları 13 dəfə də penalti ilə cəzalandırıb.
- Ölkə futbolu2024-04-17 17:17
Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”
- I Liqa2024-04-17 17:34
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Müsahibə2024-04-17 16:07
Sekidika çempionatın səviyyəsindən razıdır: “İstənilən komandanı məğlub etmək olar”