Ölkə futbolu
“Anderlext” “Qəbələ” ilə matç üçün biletlərin qiymətini açıqladı
Avropa Liqasının qrup mərhələsində “Qəbələ”nin r?…
Avropa Liqasının qrup mərhələsində “Qəbələ”nin rəqiblərindən olan “Anderlext” öz meydanında keçirəcəyi oyunların bilet satışına start verib. Futbolinfo.az xəbər verir ki, Belçika təmsilçisinin evində “Qəbələ”, “Sent-Etyen” və “Maynts”la keçirəcəyi matçların biletlərinin qiyməti açıqlanıb.
Klubun abunəçiləri üçün qiymət 30-90 avro arasında dəyişir. Abunədən keçməyən şəxslər isə 3 oyundan hansısa birinə baxmaq üçün 40 avrodan 105 avroya qədər pul xərcləməli olacaqlar.
Qrup mərhələsində “Anderlext”in “Qəbələ” ilə keçirəcəyi ilk görüşün bilet satışına sentyabrın 9-da start veriləcək.
Qeyd edək ki, “Anderlext” – “Qəbələ” matçı sentyabrın 15-də “Konstant Vanden Stok” stadionunda baş tutacaq.
- Ölkə futbolu2024-04-17 17:17
Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Müsahibə2024-04-17 16:07
Sekidika çempionatın səviyyəsindən razıdır: “İstənilən komandanı məğlub etmək olar”
- I Liqa2024-04-17 17:34
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi