Ölkə futbolu
“Qəbələ”nin “Dinamo” ilə oyunlarının vaxtı açıqlandı
UEFA Gənclər Liqasında Azərbaycanı təmsil edəcək “Qəbə…
UEFA Gənclər Liqasında Azərbaycanı təmsil edəcək “Qəbələ“nin U-19 komandasının Çempionlar yolunun I mərhələsində keçirəcəyi oyunların vaxtı dəqiqləşib.
Futbolinfo.az xəbər verir ki, Rusiyanın “Dinamo” (Moskva) klubu ilə ilk qarşılaşma sentyabrın 21-də keçiriləcək.
Əvvəlcədən ayın 28-nə planlaşdırılan matçın vaxtı dəyişdirilib və 1 həftə tez keçiriləcək. Qəbələ şəhər stadionunda baş tutacaq oyun saat 19:00-da başlayacaq.
Komandalar arasında cavab oyunu oktyabrın 19-da keçiriləcək. Ximkidəki “Rodina” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.