Ölkə futbolu
DİQQƏTLƏR ONA: Ruslan “onunla it kimi davranılan” kluba qarşı
Milli komandaların oyunu ilə əlaqədar yaranmış fasilədən sonra…
Milli komandaların oyunu ilə əlaqədar yaranmış fasilədən sonra Azərbaycan çempionatı qaldığı yerdən davam edəcək. Futbolinfo.az ənənəsinə sadiq qalaraq, bu tur da cari mövsümdən başlatdığı “DİQQƏTLƏR ONA” rubrikasını davam etdirir.
Budəfəki qəhrəmanımız Ruslan Qurbanovdu. Geridə qalan 3 turda “Neftçi”nin formasını geyinən hücumçu bir neçə gün əvvəl “Qəbələ”yə keçib. Maraqlıdı ki, onun yeni iş yerində ilk oyunu məhz sabiq komandasına qarşı olacaq.
“Ağ-qaralar”dan xoşluqla ayrılmayan milliləşdirilmiş futbolçu hər nə qədər etiraf etməsə belə, “Neftçi”yə qarşı xüsusi motivasiya ilə oynayacaq. Onun qol vuracağı təqdirdə bunu necə qeyd edəcəyini deyə bilmərik. Amma şübhəsiz ki, hazırda Ruslanın bəlkə də bu dəqiqə ən çox istədiyi şey məhz bakılıları məyus etməkdi.
Onu da qeyd edək ki, Qurbanov ötən mövsüm “Qəbələ”ni həm çempionat, həm də kubok oyununda məyus etmişdi. Hətta o, əyalətdə keçirilən kubok görüşündə indiki klubunun qapısına oyunsonrası penaltilərdə həlledici zərbəni vuraraq bakılıları finala çıxarmışdı.
İndi isə Ruslan “onunla it kimi davranılan” – hər halda, son açıqlamasında belə demişdi -, kluba qarşı bütün gücünü qoyacaq.