Ölkə futbolu
“Qarabağ” və “Qəbələ”nin ilk oyunlarının hakimləri bəlli oldu
“Qarabağ” və “Qəbələ”nin Avropa Liqasın?…
“Qarabağ” və “Qəbələ”nin Avropa Liqasının qrup mərhələsində ilk oyunlarını idarə edəcək hakimlər müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, qitə futbol qurumu təmsilçilərimiz üçün İsveçrə və Avstriyadan olan hakimlər briqadasını göndərəcək.
Ağdam klubunun sentyabrın 15-də “Slovan”la “Dalğa Arena”dakı matçını isveçrəli Stefan Klossner idarə edəcək. “Qəbələ”nin həmin gün “Anderlext”lə səfər görüşündə isə avstriyalı Harald Leçner ədalət təmsilçisi olacaq.
Avropa Liqası
Qrup mərhələsinin 1-ci turu
15 sentyabr
19:00. “Qarabağ” – “Slovan” (Çexiya)
Hakimlər: Stefan Klossner, Raffael Zeder, Jan-Yves Viçt, Yohannes Voqel.
Əlavə köməkçi hakimlər: Alain Bieri, Saşa Amhof (hamısı İsveçrə).
Hakim-İnspektor: Vladimir Antonov (Moldova).
UEFA nümayəndəsi: Pavel Kolev (Bolqarıstan).
Bakı. "Dalğa Arena".
21:00. “Anderlext” – “Qəbələ”
Hakimlər: Harald Leçner, Maksimilian Kolbitş, Andreas Heydenrix, Andreas Staudinger.
Əlavə köməkçi hakimlər: Markus Hameter, Aleksander Harkam (hamısı Avstriya).
Hakim-İnspektor: Lusiano Luçi (İtaliya).
UEFA nümayəndəsi: Emil Ubias (Çexiya).
"Konstant Vanden Stok" stadionu.