Ölkə futbolu
Qasımov cəmi 8 qələbə gördü
Vəli Qasımovun “Neftçi”dəki baş məşqçi…
Vəli Qasımovun “Neftçi”dəki baş məşqçilik dövrü başa çatıb. Futbolinfo.az xəbər verir ki, bu gün vəzifəsindən rəsmən kənarlaşdırılan 48 yaşlı çalışdırıcının baş məşqçiliyi vaxtında “ağ-qaralar” 24 rəsmi matç keçirib.
Düzdü, bunlardan sonuncusu – “ağ-qaralar”ın “Qəbələ”yə 0:8 hesabı ilə məğlub olduğu görüşdə Qasımov komandanın yanında olmayıb. Həmin qarşılaşmada onu köməkçisi Tofiq Mustafayev əvəzləsə də, matçın nəticəsi matçı baş məşqçinin hesabına yazılır.
Bu, “Neftçi”nin Qasımov dönəmində aldığı onuncu, həm də sonuncu məğlubiyyət olub. Cəmi 8 qələbəyə şahid olan çalışdırıcı oyunların 1/3-də 3 xal görüb. Digər 6 matç isə heç-heçə nəticələnib. Bu görüşlərdə “Neftçi” 27 qol vurub, 33-nü buraxıb.
Premyer Liqa |
16 |
6 |
3 |
7 |
20-27 |
21 |
Azərbaycan kuboku |
4 |
1 |
2 |
1 |
4-3 |
5 |
Avropa Liqası |
4 |
1 |
1 |
2 |
3-3 |
4 |
Cəmi |
24 |
8 |
6 |
10 |
27-33 |
30 |