Milli komanda
Millimizin iki üzvü DÇ-nin ən yaxşıları sırasında
Futzal üzrə DÇ-2016-nın qrup mərhələsinin ən yaxşı…
Futzal üzrə DÇ-2016-nın qrup mərhələsinin ən yaxşıları açıqlanıb. Futbolinfo.az xəbər verir ki, 9 gün ərzində 36 qarşılaşmadan sonra bombardirlər və qapıçı “seyvlər”i üzrə ən yaxşıların adları bəlli olub.
Qrup səddini adlayıb, 1/8 finala yüksələn Azərbaycan millisinin üzvləri də fərqlənənlər sırasında yer alıb. 3 turdan sonra bombardirlər cədvəlinə hərəyə 4 qol vuran 6 futzalçı başçılıq edir. Onlardan biri yığmamızın üzvü Vassuradı. Millimizin qol silahı liderliyi paraqvaylı Emanuel Ayala, tailandlılar Sufavut Tuenklanq, Jiravat Sornviçian, braziliyalı Falkao və mərakeşli Adil Habillə bölüşür.
Qapıçıların “seyv” sayında da təmsilçimiz ön sıralardan birini tutur. 3 qarşılaşmada 43 qurtarış edən Rövşən Hüseynli mundialın 3-cüsüdü. Burada mozambikli Nelson liderdi – 57 seyv. Kubalı Conston isə 47 zərbəni dəf edib.