Milli komanda
“Qəbələ”nin oyununda türk hakim
UEFA-nın Gənclər Liqası turnirində Azərbaycanı təmsil edəcək…
UEFA-nın Gənclər Liqası turnirində Azərbaycanı təmsil edəcək “Qəbələ”nin 19 yaşadək futbolçulardan ibarət komandasının ilk oyununun hakimləri müəyyənləşib. Futbolinfo.az xəbər verir ki, Rusiyanın “Dinamo” (Moskva) klubu ilə sentyabrın 21-də baş tutacaq qarşılaşmanı türkiyəli hakimlər idarə edəcək.
“Çempionlar yolu”nun I mərhələsinin ilk matçının baş hakimi isə Alper Ulusoy olacaq. Qarşılaşmanın dördüncü hakimi funksiyasını Azərbaycan təmsilçisi Ömər Paşayev yerinə yetirəcək.
Qeyd edək ki, Qəbələ şəhər stadionunda keçiriləcək matç saat 19:00-da başlayacaq.
Gənclər Liqası
Çempionlar yolu
1-ci mərhələ, ilk oyun
21 sentyabr
19:00. “Qəbələ” – “Dinamo” (Moskva)
Hakimlər: Alper Ulusoy, İbrahim Bozbey, İlker Takpak (hamısı Türkiyə).
Dördüncü hakim: Ömər Paşayev (Azərbaycan).
Hakim-inspektor: Asim Xudiyev (Azərbaycan).
UEFA nümayəndəsi: İrakli Nakaidze (Gürcüstan).
Qəbələ şəhər stadionu.