Ölkə futbolu
Almanlar Bakıya nə vaxt gələcək?
Avropa Liqasında "Qəbələ”nin rəqibi olan Almaniyanın …
Avropa Liqasında "Qəbələ”nin rəqibi olan Almaniyanın "Maynts” klubunun Bakıya gələcəkləri tarix müəyyənləşməsə də, harda məskunlaşacaqları böyük ölçüdə bəllidi. Futbolinfo.az xəbər verir ki, bu haqda məlumatı "Sport7.az"a klubun meneceri Səbuhi Səfiyarlı bildirib:
"Onlar Bakıya nə vaxt gələcəkləri haqda sənəd göndərməyiblər. Amma bildiyimə görə, "Hilton” otelində qalacaqlar. Təxminən 500 nəfərə yaxın azarkeş gətirmək istəyirlər. Amma bu haqda konkret sənəd göndərməyiblər deyə, rəsmi məlumat vermək olmur. Dediklərinə görə, 500 azarkeş bilet almaq üçün artıq müraciət edib. UEFA-nın tələbinə görə, stadionun tutumunun 5 faizi qədər rəqib komandanın azarkeşlərinə bilet ayrılmalıdı. Biz də təxminən 500 bilet ayırmağı düşünürük”.