Premyer-liqa
"Neftçi" antirekordunu bir daha yenilədi
“Neftçi” tarixinin yeni antirekorduna imza atıb. F…
“Neftçi” tarixinin yeni antirekorduna imza atıb. Futbolinfo.az xəbər verir ki, “ağ-qaralar” Azərbaycan çempionatları tarixində ilk dəfə ardıcıl 5 dəfə məğlub olub.
Bakılılar bu antirekordu Topaz Premyer Liqasının 6-cı turunun “Sumqayıt”la oyununda 1:2 hesabı ilə uduzmaqla rəsmiləşdirib. II turda “Zirə”yə 0:1, III turda “Qarabağ”a 0:3, IV turda “Qəbələ”yə 0:8, V turda isə “İnter”ə 1:2 hesabı ilə uduzan “Neftçi” məğlubiyyət sayında antirekordu yeniləmişdi.
Belə ki, 1992-ci ildən keçirilən ölkə çempionatlarında “ağ-qaralar” daha 4 dəfə 3 oyunluq “qara zolağ”a düşmüşdü. Lakin bu dəfə “Neftçi” “3” və “4”lə kifayətlənməyərək, ardıcıl 5-ci oyunda da xala həsrət qalıb.
Bununla da paytaxt təmsilçisi ötən tur yenilədiyi antirekordu 5-ə çatdırıb. Buna qədər isə ardıcıl uğursuzluq 2009, 2012, 2015 və 2016-cı illərdəki 3 oyunluq seriya idi.
Qeyd edək ki, “ağ-qaralar”ın uduzmadığı son oyun I turun AZAL-la matçı olub. Avqustun 6-dakı 2:0 hesablı qələbədən sonra bakılılar 52 gündü xala həsrətdi.