Ölkə futbolu
“Qəbələ” ilə oyunda əla xarakter nümayiş etdirdik”
“Qəbələ” ilə oyunda əla xarakter nümayiş etdird…
“Qəbələ” ilə oyunda əla xarakter nümayiş etdirdik”. Futbolinfo.az xəbər verir ki, bu sözləri Almaniyanın “Maynts” klubunun futbolçusu Fabian Fray deyib.
Avropa Liqasının qrup mərhələsinin ikinci turu çərçivəsində “Qəbələ”ni 3:2 hesabı ilə məğlub edən “Maynts” qrupdakı ilk qalibiyyətini qazanıb.
Bu görüşlə bağlı ölkəsinin mətbuatına açıqlama verən Fray maraqlı fikirlər səsləndirib. İsveçrəli yarımmüdafiəçi qeydə alınan nəticədə almaniyalı azarkeşlərinin də rolunun olduğunu vurğulayıb: “Ağır mövsüm keçirməyimizə baxmayaraq, əla xarakter nümayiş etdirdik. Yağışın yağması meydanın vəziyyətini ağırlaşdırdı. Bundan sonra oynamaq daha da çətinləşdi. Hesabda geri düşəndə soyuqqanlılıq göstərmək lazım idi, biz də bunu etdik. Qələbədə azarkeşlərimizin də böyük rolu oldu. Onlar olmadan, səfərdən 3 xalla qayıtmaq asan iş deyil. Fanatlarımızı qələbə ilə sevindirmək istəyirdik. Axı onlar uzun yol qət etmişdilər. Növbəti oyunlarımızda qapımızdan top buraxmadan qələbə qazanmaq istəyirik. Nədənsə mövsüm ərzində bütün qələbələri belə əldə edirik”.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…