Ölkə futbolu
Denis Silva "Qəbələ"yə qarşı oynamayacaq
Azərbaycan çempionatının 8-ci turunda “Qəbələ&rdquo…
Azərbaycan çempionatının 8-ci turunda “Qəbələ”ylə qarşılaşacaq “İnter” məşqlərini davam etdirir. Futbolinfo.az xəbər verir ki, bakılılar oyuna “İnter Arena”da hazırlaşır.
Bakılılar oyuna millinin heyətində olan futbolçularsız hazırlaşır. Bundan başqa, zədəlilərdən Denis Silva fərdi məşqlərlə kifayətlənir. O, “Qəbələ” ilə oyunda komandasına kömək edə bilməyəcək.
Qeyd edək ki, sözügedən qarşılaşma oktyabrın 15-də “İnter Arena”da baş tutacaq.