Dünya futbolu
Paşayev oynadı, "Stal" məğlub oldu
Futbol üzrə Ukrayna çempionatında 11-ci turun oyunları …
Futbol üzrə Ukrayna çempionatında 11-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin komandası – "Stal" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə "Aleksandriya" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən məğlubiyyətlə ayrılıb – 0:2.
Oyuna start heyətdə başlayan Paşayev 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, "Stal" 11 turdan sonra 7 xalla 12 klub arasında 10-cu pillədə qərarlaşıb.