Dünya futbolu
Dadaşov qol vurdu, komandası 1 xal qazandı
Almaniyanın Şimal-Şərq Regional Liqasında 10-cu turun oyunları k…
Almaniyanın Şimal-Şərq Regional Liqasında 10-cu turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşovun klubu – "Moyzelvits" də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə Leypsiq "Lokomotiv"i ilə qarşılaşıb. Futbolçumuzun klubu bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Oyuna start heyətdə başlayan Dadaşov 90 dəqiqə meydanda olub. 21-ci dəqiqədən etibarən məğlub duruma düşən komandasının yeganə qolunu da məhz futbolçumuz vurub. O, 88-ci dəqiqədə matçın yekun nəticəsini müəyyənləşdirib.
Qeyd edək ki, 10 turdan sonra "Moyzelvits" cəmi 5 xalla 18 komanda arasında 16-cı pillədə qərarlaşıb.