Müsahibə
Elxan Abdullayev: "Neftçi"nin ancaq forması qalıb"
Premyer Liqanın 8-ci turunun son qarşılaşmasında səfərdə "…
Premyer Liqanın 8-ci turunun son qarşılaşmasında səfərdə "Zirə"dən alınan 0:2 hesablı məğlubiyyətdən sonra "Neftçi"nin baş məşqçisi Elxan Abdullayev mətbuat konfransı keçirib. Futbolinfo.az xəbər verir ki, eyni zamanda milli komandamızın məşqçi postunu tutan mütəxəssis meydan sahiblərinin layiqli qələbə qazandığını bildirib.
– "Zirə"ni təbrik edirəm. Layiqli qələbə qazandılar. Bizdən üstün futbol sərgilədilər. Müdafiədə kobud səhvlərə yol verdik. Fasilədən dərhal sonra qırmızı vərəqə almağımız oyun sistemimizi tam pozdu.
– Yaranmış vəziyyətdə çıxış yolunu nədə görürsünüz?
– Özünüz də görürsünüz ki, müdafiə xətti hər oyunda 1-2 hədiyyə edir. Rail gəncdi, ancaq necə ola bilər ki, mərkəz müdafiəçisi rəqibi aldatmağa cəhd etsin və sonra qayda pozsun?!
– Müdafiə xəttinin bərbad oynadığını qeyd etdiniz. Amma rəqib qapısına 90 dəqiqə ərzində bir zərbə belə endirmədiniz. Bu heyəti başdan-ayağa dəyişməyə zərurət yoxdumu?
– Əlimizdə olan budu. Kimisə komandadan kənarlaşdıranda, yerinə kimisə götürməlisən. İndisə bu, qadağandı. Heç kimi qovmaq fikrim yoxdu. Razıyam ki, bizdə "Neftçi"nin ancaq forması qalıb, başqa heç nəyimiz yoxdu.
– Qarşıda daha çətin 3 oyun var: "Qarabağ", "Qəbələ" və "İnter". Bu görüşlərdə nəyə ümid edirsiniz?
– Əlbəttə, bu komandaların hər biri "Neftçi"dən xeyli güclüdü. Nəinki "Neftçi"dən, hətta "Zirə"dən də. Ancaq işimizi davam etdirməliyik, daha əzmlə məşq etməliyik.
CEYHUN ƏLİYEV
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…