Premyer-liqa
"Gəncədən salamat qayıtmaq da böyük işdir"
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbayc…
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində "Kəpəz"ə qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 0:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Bu cür meydançada nəinki oynamaq, hətta gəzmək də çətindir. Bu gün oyunu rəqib futbolçularına qarşı yox, meydançaya qarşı qurmuşduq. Belə olan halda futbolçulardan çox şey tələb etmək, taktiki gedişlərdən bəhrə gözləmək düz deyil. Bu cür meydançadan sağ-salamat qayıdırıqsa, bunun özü böyük işdir.
Abasov “Sumqayıt”ın heç bir futbolçusunun milliyə dəvət olunmamasına da münasibət bildirib:
"Nəinki mən, bütün həmkarlarım öz futbolçusunu millidə görmək istəyir. Bu məşqçi üçün baş ucalığıdır. Prosineçki "Sumqayıt”dan heç kimi yığmaya dəvət etmirsə, haqqı var. Deməli, layiq deyillər ki, çağırılmırlar”.