Premyer-liqa
Diniyev: "Bu vəziyyətdə bir xal da bizim üçün yaxşı nəticədir"
"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Azərbayca…
"Kəpəz"in baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, Gəncə klubunun çalışdırıcısı 0:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Matça ciddi itkilərlə çıxmışdıq. Əsas heyətin 5 futbolçusu müxtəlif səbəblərdən kənarda qalmışdı. Buna görə də əvəzedici heyətdən əsas komandaya 5 futbolçu cəlb etmişdik”.
O, heyətlə bağlı ciddi problemlərin olduğunu bildirib: “Heyətimizdəki problemlərə görə öz oyunumuz tapa bilmədik. Azlıqda qaldıqdan sonra müdafiyə üstünlünk verdik. Bu vəziyyətdə bir xal da bizim üçün yaxşı nəticədir.
İrəli baxmalıyıq. Zədəlilərimiz sağaldıqdan sonra öz oyunumuzu göstərə biləcəyik və qələbələr gələcək”.