Premyer-liqa
Rəşad Qasımov "İnter"dən getsə də…
Rəşad Qasımov "İnter"in prezidenti postundan ayrılsa da…
Rəşad Qasımov "İnter"in prezidenti postundan ayrılsa da, komandaya dəstək nümayiş etdirmək ənənəsini davam etdirir. Futbolinfo.az xəbər verir ki, o, bu gün Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində keçirilən "Neftçi" ilə səfər oyununu da stadiondan izləyib.
"Bakcell Arena"ya gələn sabiq prezidenti qarşılaşmaya "İnter"in rəhbərliyi ilə birgə tamaşa edib.
Qeyd edək ki, Qasımovun dövründə məğlubiyyət tanımayan "İnter" bu gün uzun fasilədən sonra ilk dəfə meydanı xalsız tərk etdi – 1:2.