Premyer-liqa
Roman Qriqorçuk: "Yaxşı nəticə üçün qol vurmaq lazım idi"
Azərbaycan çempionatının 11-ci turu çərçivəs…
Azərbaycan çempionatının 11-ci turu çərçivəsində keçirilən AZAL – “Qəbələ” matçından sonra qonaqların baş məşqçisi Roman Qriqorçuk mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Futbolinfo.az sizi həmin açıqlamalarla tanış edir:
– Hesabdan başqa nədən narazı qaldınız?
– Yaxşı nəticə əldə etmək üçün qol lazım idi. Ələ düşən şasnlarımızı isə reallaşdıra bilmədik.
– Rəqib baş məşqçi ilə aranızda nə baş verdi?
– Onunla bağlı heç nə olmadı. Etirazım rəqibin futbolçusunun Filip Ozobiçi vurmasına idi. Gözü qarşısında baş versə də, 4-cü hakim bunu gördüyü halda reaksiya vermədi. Halbuki qırmızı vərəqə vermək lazım idi. Bu məsələnin üzərinə düşüb, rəqibin cəzalandırılmasına nail olmalıyıq.
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)