Ölkə futbolu
AƏFM layihəsi Naftalan və Siyəzəndə
“Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi…
“Açıq Əyləncəvi Futbol Məktəbləri” layihəsi çərçivəsində növbəti tədbirlər Naftalan şəhərində və Siyəzən rayonunda keçirilib. Futbolinfo.az xəbər verir ki, tədbirdə Naftalan şəhər İcra Hakimiyyətinin, şəhər bələdiyyəsinin nümayəndələri, Gənclər və İdman idarəsinin nümayəndəsi və Uşaq Gənclər və İdman məktəbinin direktoru, Siyəzən rayon Uşaq Gənclər İdman məktəbinin, Gənclər və İdman idarəsinin nümayəndələri, məşqçilər və təlimatçılar iştirak ediblər.