I Liqa
Afrikalılarla vidalaşıb, iranlı legionerləri saxlayır
Maliyyə problemləri yaşayan “Şahdağ”da vəziyyət he&…
Maliyyə problemləri yaşayan “Şahdağ”da vəziyyət heç də ürəkaçan deyil. Futbolinfo.az xəbər verir ki, qusarlılar heyətdəki afrikalı oyunçuları komandadan göndərir.
Klubdan aldığımız məlumata görə, buna səbəb komandanın bu futbolçulardan xeyir görməməsidi. Məhz bu səbəbdən “Şahdağ” yerli uşaqlara güvənmək niyyətindədi. Mövcud maliyyə durumu yaxşı olmayan komanda boş yerə pul xərcləmək istəmir. Amma maraqlı budu ki, Qusar klubu afrikalı əcnəbilərini göndərsə də, iranlı legionerlərini komandada saxlamağı lazım bilib.