Premyer-liqa
"Qarabağ" "Kəpəz"ə, "Qəbələ" "Zirə"yə qalib gəldi
Bu gün Topaz Premyer Liqasında 12-ci tura start verilib. Futboli…
Bu gün Topaz Premyer Liqasında 12-ci tura start verilib. Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutub.
Öncə “Qəbələ” öz meydanında “Zirə” ilə münasibətlərinə aydınlıq gətirib. Oyun meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.
Günün digər matçında isə “Qarabağ” “Kəpəz”lə qarşılaşıb. Ağdam klubu da 3 xalı tək qolla qazanıb və zirvəyə şərikliyini davam etdirib.
Topaz Premyer Liqası
12-ci tur
19 noyabr (şənbə)
“Qəbələ” – “Zirə” – 1:0 (0:0)
Qol: F.Ozobiç, 52 (1:0).
Hakimlər: Ömər Paşayev, Knyaz Əmiraslanov, Vüsal Qənbərov, Akif Əmirəli.
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov.
Qəbələ şəhər stadionu.
“Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voyislav Stankoviç, 4. Elvin Camalov, 6. Rəşad Sadiqov (k), 10. Ruslan Qurbanov, 15. Vitali Vernidub, 17. Məhəmməd Mirzəbəyov, 18. Baqali Dabo, 19. Filip Ozobiç, 20. Rikardinyo, 32. Rəşad Eyubov.
Ehtiyat oyunçular: 33. David Petrkeviç, 8. Qismət Alıyev, 11. Asif Məmmədov, 14. Cavid Hüseynov, 27. Teo Uiks, 34. Ürfan Abbasov, 44. Rafael Santos.
Baş məşqçi: Roman Qriqorçuk.
“Zirə”: 1. Anar Nəzirov (k), 5. Adil Nağıyev, 6. Vüqar Mustafayev, 7. Gerhard Proqni, 8. Milan Duriç, 11. Viktor İqbekoyi, 20. Sezar Meza Kolli, 23. Yovan Krneta, 28. Təmkin Xəlilzadə, 44. Migel Lorenso, 92. Cavid Tağıyev.
Ehtiyat oyunçular: 62. Abdulla Seyidəhmədov, 10. Elvin Məmmədov, 13. Aleksandr Şemonayev, 17. Vüsal İsgəndərli, 18. Tural Cəlilov, 19. Nurlan Novruzov, 77. Yamin Ağakərimzadə.
Baş məşqçi: Adil Şükürov.
“Qarabağ” – “Kəpəz” – 1:0 (1:0)
Qol: D.Ndlovu, 17 (1:0).
Hakimlər: Fariz Yusifov, Coşqun Həsənov, Nahid Əliyev, Yaşar Abbasov.
Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Ramil Diniyev.
Bakı. “Azersun Arena”.
“Qarabağ”: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6. Dino Ndlovu, 8. Markos Madera, 10. Muarem Muarem, 20. Riçard Almeyda, 21. Arif Daşdəmirov, 25. Ansi Aqolli, 32. Elvin Yunuszadə, 99. Dani Kintana.
Ehtiyat oyunçular: 13. İbrahim Şehiç, 9. Reynaldo, 11. Mahir Mədətov, 15. Rahid Əmirquliyev, 18. İlqar Qurbanov, 22. Əfran İsmayılov, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov.
“Kəpəz”: 88. Tadas Simaitis, 21. Novruz Məmmədov, 36. Renan Silva, 15. Azad Kərimov, 13. Şəhriyar Rəhimov, 18. Tural Axundov (k), 7. Vüqar Bəybalayev, 17. Nicat Qurbanov, 77. Serjio Kosta, 19. Orxan Əliyev, 90. Julien Ebah.
Ehtiyat oyunçular: 1. Eyyub Əliyev, 23. Tural Nərimanov, 25. Şəhriyar Əliyev, 9. Tural Qürbətov, 80. Tural Rzayev, 6. Ceyhun Cavadov, 4. Qaraxan Əliyev.
Baş məşqçi: Şahin Diniyev.
Turun digər oyunları: 20 noyabr (“Sumqayıt” – “Neftçi”, “İnter” – AZAL).
![blank](https://futbolinfo.az/wp-content/plugins/wp-fastest-cache-premium/pro/images/blank.gif)