Müsahibə
Sənan Qurbanov: "O, 3-cü cəhdində psixoloji amilə görə penaltini qaçırdı"
Avropa Liqasının qrup mərhələsi çərçivəsində ke&…
Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilmiş "Qəbələ" – "Anderlext" oyunundan sonra "qırmızı-qaralar"ın məşqçisi Sənan Qurbanov mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb. Futbolinfo.az xəbər verir ki, o, öncə bunları söyləyib:
– Üzücü bir məğlubiyyət aldıq. Son 2 ev oyununda yaxşı çıxış etdik. Ani diqqtsizlikdən qol buraxıb, məğlub olduq. Matçdan əvvəl də baş məşqçimiz futbolçuları rəqibin heyətindəki sürətli oyunçulara görə məlumatlandırmışdı. 2 il ardıcıl AL-in qrupunda oynamaq bizim üçün böyük təcrübə oldu.
– Yenilginin səbəkarı kimdi?
– Mən kömkçi məşqçiyəm. Çalışdırcının göstərişlərini edirəm. Oyunu analiz edib, səhvlərdən nəticə çıxaracağıq.
– İkinci hissədə penaltini Ruslan Qurbanovun vuracağını gözləsək də, topa yenə Rikardinyo yaxınlaşdı…
– Oyunöncəsi penaltini vurmaq Rikardinyoya və Ozobiçə tapşırılmışdı. Rikardinyoda özünəinam var idi. Məncə, 3-cünü pisixoloji amilə görə vura bilmədi.
– Dabonun vəziyyəti necədi?
– Topuğunda ağrı var. Sabahkı MRT müayinəsindən sonra bilinəcək.