Ölkə futbolu
“Qarabağ”a daha çox qol vura bilərdik”
Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Slovan"…
Avropa Liqasının qrup mərhələsinin 5-ci turunda "Slovan" doğma meydanda təmsilçimiz "Qarabağ"a qalib gəlib. Futbolinfo.az xəbər verir ki, meydan sahiblərinin heyətində 1 qol vuran və 1 məhsuldar ötürmə edən Eqon Vux matçdan sonra yerli mətbuata açıqlama verib:
"Hədsiz sevinc içindəyəm. Düzü, nə deyəcəyimi də bilmirəm. Möhtəşəm oyunla parlaq qələbə qazandıq. Səmimi deyirəm, qrupdakı vəziyyətimizi yaxşılaşdırmaqdan çox azarkeşlərimizə görə sevinirəm. “Yablonets”ə uduzandan sonra onlara “Qarabağ”la oyunda uğurlu nəticə qazanacağımıza söz vermişdik. Kişi sözünü tutduğumuza görə sevinməyə dəyər. Oyuna gəlincə, layiq olduğumuz qələbəni qazandıq. Bəxt üzümüzə gülsəydi, hesab arasındakı fərq daha böyük ola bilərdi. Bu gün 3 xalı biz daha çox istəyirdik deyə, qalib gəldik. Həlledici məqam isə Riçard Almeyda ilə Dani Kintananı “bağlamağımız” idi. Növbəti mərhələyə hansı komandaların adlayacağını demək çətindi. Ümid edirəm ki, biri “Qarabağ” olacaq, digəri isə “Slovan”.
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Ölkə futbolu2024-05-10 16:20
Kadinin meneceri: “Hələlik “Qarabağ”la danışmamışıq”