Ölkə kuboku
Azərbaycan kuboku: 1/8 final rəqəmlərin gözü ilə
Bu həftə Azərbaycan kubokunda 1/8 final mərhələsinin qarşılaş…
Bu həftə Azərbaycan kubokunda 1/8 final mərhələsinin qarşılaşmaları keçiriləcək. Futbolinfo.az xəbər verir ki, iki gün davam edəcək mərhələdə 8 matç baş tutacaq.
Peşəkar Futbol Liqasının rəsmi saytı üz-üzə gələcək cütlərin ölkə kubokundakı əvvəlki oyunlarının balansını təqdim edib. Dekabrın ilk həftəsində üz-üzə gələcək 8 cütdən yalnız ikisi əvvəllər də qarşılaşıb.
Azərbaycan kuboku
1/8 final
2-3 dekabr (cümə, şənbə)
3. "Turan Tovuz" – “Zirə” – indiyədək görüşməyiblər
4. “Neftçi” -“Şərurspor” – indiyədək görüşməyiblər
5. “Qarabağ” – “Səbail” – indiyədək görüşməyiblər
6. MOİK – “Sumqayıt” – indiyədək görüşməyiblər
7. “İnter” – "Qaradağ Lökbatan"– indiyədək görüşməyiblər
8. “Şahdağ” – “Kəpəz” – 1 oyun, +0=0-1, top fərqi 0-3
6 il öncəyə təsadüf edən yeganə duel də Qusar təmsilçisinin meydanında keçirilib. Həmin vaxt böyükhesablı, quru qələbə qazanan qərblilər mərhələ adlayıb.
2010/11 | 1/16 final | Şahdağ (Qusar) – Gəncə | 0:3 |
9. “Qəbələ” – “Zaqatala” – indiyədək görüşməyiblər
10. AZAL – “Rəvan” – 1 oyun, +1=0-0, top fərqi 2-1
Paytaxt təmsilçiləri 6 il əvvəl də indiki kimi 1/8 finalda görüşüblər. Həmin vaxt səfərdə oynayan AZAL qələbə qazanıb.
2010/11 | 1/8 final | Rəvan (Bakı) – AZAL (Bakı) | 1:2 |