Dünya futbolu
"Qarabağ"ın rəqibi kubok oyununda xal itirdi
Futbol üzrə Yunanıstan Kubokunda qrup mərhələsinin ikinci tu…
Futbol üzrə Yunanıstan Kubokunda qrup mərhələsinin ikinci turunun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan PAOK da növbəti sınağına çıxıb.
Sözügedən klub səfərdə "Trikala" ilə qarşılaşıb. Ağdam klubunun rəqibi bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.
Qeyd edək ki, iki turdan sonra PAOK qrupda 4 xalla ikincidir.