Dünya futbolu
Dmitri Nazarov oynadı, komandası darmadağın oldu
Futbol üzrə Almaniya ikinci Bundesliqasında 15-ci turun oyunlar…
Futbol üzrə Almaniya ikinci Bundesliqasında 15-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası – "Ersgebirge" də növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda "Ştutqart"la qarşılaşıb. Futbolçumuzun klubu bu oyundan məğlubiyyətlə ayrılıb – 0:4.
Start heyətdə meydana çıxan Nazarov görüşün 82-ci dəqiqəsində əvəzlənib. 18-ci dəqiqədə isə o, sarı vərəqə ilə cəzalanıb.
Qeyd edək ki, "Ersgebirge" 15 turdan sonra 11 xalla 18 klub arasında 17-ci pillədə qərarlaşıb.