Dünya futbolu
Paşayev oynadı, komandası yenə uduzdu
Futbol üzrə Ukrayna çempionatında 17-ci turun oyunları …
Futbol üzrə Ukrayna çempionatında 17-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin komandası – "Stal" da növbəti matçına çıxıb.
Sözügedən klub səfərdə Donetsk "Şaxtyor"u ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən məğlubiyyətlə ayrılıb – 0:2.
Oyuna start heyətdə başlayan Paşayev yenə 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, "Stal" 17 turdan sonra 14 xalla 12 klub arasında 8-ci pillədə qərarlaşıb.