Dünya futbolu
"Arsenal" Aleksis Sançesi buraxmaq istəmir
"Arsenal" il yarımdan sonra azad agent olacaq Aleksis San&c…
"Arsenal" il yarımdan sonra azad agent olacaq Aleksis Sançesi komandada saxlamaq niyyətindədi.
Futbolinfo.az xəbər verir ki, londonlular 27 yaşlı futbolçunun həftəlik məvacibini 200 min funt sterlinq etməyə hazırdırlar.
"Arsenal"ın əvvəlki təklifi 180 min idi, ancaq təcrübəli oyunçu bununla razılaşmadı, danışıqlar dayandı.
Sançeslə "Yuventus", "Mançester Siti" və "Çelsi" yaxından maraqlanır. Futbolçunun özü "Arsenal"da həftəlik 384 min funt (illik 20 milyon) qazanmaq niyyətindədi.
Aleksis hazırda "Arsenal"da 130 min funt sterlinq məvaciblə Məsut Özildən sonra 2-ci ən çox qazanan futbolçudu.