Dünya futbolu
Lui Van Qaal PSJ-də?
PSJ baş məşqçisi Unai Emeriyə alternativ axtarır. Futbolin…
PSJ baş məşqçisi Unai Emeriyə alternativ axtarır. Futbolinfo.az xəbər verir ki, klub rəhbərliyi ispan mütəxəssisin işindən razı deyil və yaxın vaxtlarda onu istefaya göndərəcək.
Paris təmsilçisi "Mançester Yunayted"in keçmiş çalışdırıcısı Lui Van Qaalı komandanın başına gətirmək istəyir.
Klubun idman direktoru Patrik Kluivert Lui Van Qaalı yaxşı tanıyır. Məhz o, təcrübəli mütəxəssisi gətirmək fikrindədi. Roberto Mançini və Fabio Kapellonun da adı namizədlər sırasındadı.
PSJ hazırda Fransa Liqa 1-də 18 turdan sonra 36 xalla 3-cü yerdədi.