Ölkə futbolu
Əliyar Ağayev Avropanın ən yaxşı hakimləri arasında
Avropada beynəlxalq dərəcəli futbol hakimlərinin işinin təhlili…
Avropada beynəlxalq dərəcəli futbol hakimlərinin işinin təhlili ilə məşğul olan "The3rdTeam" portalı 2016-cı ilin ən yaxşı hakimlərini seçib. Futbolinfo.az xəbər verir ki, bu ilin ən yaxşı referisi Çempionlar Liqası və AÇ-2016-nın final görüşlərini idarə edən ingiltərəli Mark Klattenburq olub.
Siyahıda ikinci pilləni polşalı Şimon Marçinyak, üçüncünü isə sloveniyalı Damir Skomina tutub.
İlin ən yaxşı 10 hakimi sırasında Türkiyə Futbol Federasiyasından Cüneyt Çakır da yer alıb.
Azərbaycanlı referi Əliyar Ağayev isə ilin "parlayan ulduz" nominasiyasında qalib olub. 29 yaşlı həmyerlimiz bu il UEFA Avropa Liqasının qrup mərhələsinin oyunlarını, həmçinin 19 yaşlı futbolçular arasında təşkil olunan Avropa çempionatının final matçını idarə edib.
İlin ən yaxşı 10 hakimi bunlardır:
1. Mark Klattenburq (İngiltərə) – 110 xal
2. Şimon Marçinyak (Polşa) – 86 xal
3. Damir Skomina (Sloveniya) – 70 xal
4. Nikola Ritsoli (İtaliya) – 68 xal
5. Viktor Kassai (Macarıstan) – 64 xal
6. Milora Mazim (Serbiya) – 46 xal
7. Cüneyt Çakır (Türkiyə) – 43 xal
8. Feliks Brix (Almaniya) – 38 xal
9. Byörn Kuypers (Hollandiya) – 29 xal
10. Yonas Eriksson (İsveç) – 19 xal