Ölkə futbolu
"Qəbələ"yə Tounkara sürprizi
AZAL hələ dekabrın 1-də heyətinə qatdığı yeni futbolçu…
AZAL hələ dekabrın 1-də heyətinə qatdığı yeni futbolçusunu – Sadio Tounkaranı nəhayət ki, Peşəkar Futbol Liqasında qeydiyyatdan keçirə bilib. Futbolinfo.az xəbər verir ki, paytaxt klubu geridə qalan müddətdə lazım olan sənədləri təqdim edə bilmədiyi üçün malili futbolçunun sifariş olunması yubanırdı.
Bu gün isə sözügedən problem həllini tapıb. Sadionun hətta bu gün baş tutacaq kubokun 1/4 final mərhələsinin "Qəbələ"yə qarşı cavab matçında meydana çıxması da mümkündür.
Qeyd edək ki, AZALTounkara ilə “6 ay+1 il” sistemi üzrə müqavilə imzalayıb. Sonuncu dəfə Kiprin “Enosis” klubunun formasını geyən Sadio AZAL-da 8 nömrəli forma altında çıxış edəcək.
- Ölkə futbolu2024-05-12 10:36
Mahir Xorvatiya çempionu oldu
- Ölkə futbolu2024-05-13 10:15
İK gündəmi: Premyer Liqada say dəyişməyəcək?!
- Ölkə futbolu2024-05-13 08:32
“Qarabağ” – postsovet məkanının ən yaxşı komandası
- Ölkə futbolu2024-05-12 08:45
Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var