Ölkə futbolu
"Neftçi" yeni transferlərini rəsmən açıqladı
"Neftçi” PFK heyətini gücləndirib. Futbolinfo…
"Neftçi” PFK heyətini gücləndirib. Futbolinfo.az xəbər verir ki, klub iki futbolçunu transfer edib.
Yarımmüdafiəçi Namiq Ələsgərov və gürcü müdafiəçi Georgi Navalovski ilə müqavilə bağlanıb. Artıq bu barədə klubun rəsmi saytı da məlumat yayıb.
Namiq Ələsgərov "Bakı”, "Qarabağ” və "Kəpəz” klublarında çıxış edib. U-17, U-19 və U-21 yığmalarında çıxış etmiş 1995-ci il təvəllüdlü futbolçu Azərbaycan milli komandasının üzvüdür.
Georgi Navalovski isə Gürcüstanın "Dinamo” (Tbilisi), "Olimpi”, "Dila”, Rusiyanın "Anji”, "Volqa”, "Ximki”, "Metallurq-Kuzbass”, "SKA-Energiya”, "Tosno”, Yunanıstanın "Veriya” klublarında çıxış edib. 2010-cu ildə Bakı "İnter”inin şərəfini qorumuş 30 yaşlı futbolçu Gürcüstan milli komandasının heyətində 19, U-21 yığmasında 9 oyun keçirib.