Ölkə futbolu
"Real": "Barselona"ya çatmaq üçün 1 addım qaldı
İspaniya kubokunun 1/8 finalının ilk qarşılaşmasında "Sevi…
İspaniya kubokunun 1/8 finalının ilk qarşılaşmasında "Sevilya"nı darmadağın edən (3:0) "Real" məğlubiyyətsiz oyunlar seriyasını 38-ə çatdırıb (29 qələbə, 9 heç-heçə).
Madrid klubu İspaniya futbolu tarixində "Barselona"nın rekorduna yaxındı. Katalonlar 2015/16 mövsümündə ardıcıl 39 oyunda məğlub olmamışdılar. "Real" sonuncu dəfə ötən il aprelin 6-da Çempionlar Liqasının ¼ final mərhələsinin ilk görüşündə "Volfsburq"a (0:2) yenilib.
Yanvarın 7-də İspaniya La Liqasında "Qranada"nı qəbul edəcək "Real" "Barselona"nın rekordunu təkrarlaya bilərlər.