Ölkə futbolu
"Neftçi" yenə hakimlərin qurbanı oldu
Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində ke&…
Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində keçirilən "Qəbələ" – "Neftçi" oyununda hesabı açan meydan sahiblərinin hücumçusu Daniel Subotiçin qolu qeydə alınmamalı idi. Futbolinfo.az xəbər verir ki, Fəhmin Muradbəylinin uzaqlaşdırdığı top Voislav Stankoviçə dəydikdən sonra Ürfan Abbasovun önünə düşdüyü an ofsayd qeydə alınmalı idi.
Abbsovla "Neftçi"nin ən arxa xətt oyunçusu arasında 1 metrdən böyük fərq olsa da, Fariz Yusifovun rəhbərlik etdiyi hakimlər briqadası qayda pozuntusunu qeydə almadılar. Nəticə Ürfanın hava ötürməsindən sonra 2,5 illik fasilədən sonra "Qəbələ"yə dönən Daniel Subotiç hesabı açdı.
Maraqlıdı ki, "Neftçi" ötən tur da "Qarabağ"la oyunda hakim səhvi üzündən xallar itirmişdi.