Ölkə futbolu
Qəbələdə məşqçilər dalaşdı və qovuldu
Topaz Premyer Liqasının 15-ci turu çərçivə…
Topaz Premyer Liqasının 15-ci turu çərçivəsində keçirilən "Qəbələ" – "Neftçi" oyununun son dəqiqəsində baş hakim Fariz Yusifov hər komandanın məşqçilərini meydandan qovub. Futbolinfo.az xəbər verir ki, daha ağır zərbə meydan sahiblərinə dəyib.
Oyunun gedişatında "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk və bakılıların məşqçisi Aleksandr Derebenin söz savaşına çıxıb. Nəticədə hər iki mütəəssis tribunaya göndərilib. Bundan 1 dəqiqə sonra isə Yusifov final fitini səsləndirib.
Qeyd edək ki, "Qəbələ" – "Neftçi" oyunu 1:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.