Ölkə futbolu
Aleksandr Deriberin: "Qriqorçuk dayanmadan atamı söyürdü"
“İkinci hissənin ortalarında “Qəbələ&rdquo…
“İkinci hissənin ortalarında “Qəbələ”nin baş məşqçisi hakimlərə etiraz elədi. Mən də ona göstərmək istədim ki, bizim oyunçu ayağı ilə topa toxunub. Bəlkə də ayağını bir az yuxarı qaldırmışdı, ancaq buna görə kobudluq etməyə gərək yox idi” – bu sözləri “Neftçi”nin məşqçisi Aleksandr Deriberin deyib.
Azərbaycan Premyer Liqasının XVI turunun “Qəbələ” – “Neftçi” görüşündə meydan sahiblərinin baş məşqçisi ilə mübahisə edən mütəxəssis texniki zonadan kənarlaşdırılıb. Görüş başa çatdıqdan sonra o, "Futbolinfo"ya hadisəni belə şərh edib: “Roman Qriqoruk dayanmadan atamı söyürdü. Mən isə ona cavab vermədim. Qovulmağımın səbəbini isə 4-cü hakimdən sonruşun. Çünki referiyə o dedi”.
"Qəbələ”nin baş məşqçisi Roman Qriqorçukun onunla danışmaması barədə dediklərini isə Deriberin belə cavablandırıb: “Onun mənə söydüyünü hamı eşitdi. Kramarenko da orda idi. Mədəni insanlar üçün belə hadisələr yolverilməzdir. Əgər başqa yerdə bu hadisə baş vermiş olsaydı, cavab da tam fərqli olacaqdı. Bu oyuna qədər aramızda heç bir problem olmamışdı. Sadəcə, Qriqorçuk elə bilir ki, onun başında yekə bir tac var, deyin o tacı çıxarsın”.