Dünya futbolu
Təbriz klublarının qələbə günü
Futbol üzrə İran çempionatında 21-ci turun oyunları ke…
Futbol üzrə İran çempionatında 21-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, Təbrizi təmsil edən klublar da növbəti oyunlarına çıxıblar.
Uğursuz mövsüm keçirən "Maşinsazi" səfərdə "Sepahan"la qarşılaşıb. Amma Təbriz klubu bu oyunda 3:0 hesablı sürpriz qələbəyə imza atıb.
Təbrizin digər təmsilçisi "Göstəriş" isə doğma meydanda "Saypa"ya 2:1 hesabıyla qalib gəlib.
Cənubi Azərbaycan paytaxtının ən məşhur klubu – "Traktorsazi" bu turda "Zobahan"la qarşılaşacaq. Həmin oyun fevralın 11-də baş tutacaq.
21 turdan sonra bir oyun az keçirən "Traktorsazi" 16 klub arasında 38 xalla ikincidir. "Göstəriş" 29 xalla 5-ci, "Maşinsazi" isə 13 xalla sonuncu pillədə qərarlaşıb.