Dünya futbolu
Ramil Şeydayevə yeni klub tapdılar
Futbol üzrə Azərbaycan millisinin hücumçusu Ramil ?…
Futbol üzrə Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin yeni komandasının adına aydınlıq gəlib. Futbolinfo.az xəbər verir ki, onun karyerasını Slovakiyada davam etdirəcəyi iddia olunur.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Məlumatda qeyd olunur ki, “Trabzonspor”da əsas heyətə düşə bilməyən Ramil Slovakiyanın “Jilina” klubuna icarəyə verilib. Şeydayev qarşıdakı il yarım ərzində bu komandanın formasını geyinəcək. Onun bu gün Türkiyəni tərk edəcəyi qeyd olunur.
Qeyd edək ki, "Jilina" Slovakiya çempionatında 17 turdan sonra 44 xalla liderdir.