Bizi izləyin

Premyer-liqa

“Neftçi”nin derbisi

Dünən 17-ci turun son qarşılaşmasında üz-üzə gəl…

blank

Dünən 17-ci turun son qarşılaşmasında üz-üzə gələn “İnter”lə “Neftçi” bir çox mətləblərə aydınlıq gətirməli idi. Sullar kifayət qədər idi.

Çempionluq mübarizəsində “İnter” “Qarabağ”la “Qəbələ”yə rəqib ola biləcəkmi? Qış fasiləsindən sonra baş tutan hər iki oyunda haqqı tapdanan “Neftçi” psixoloji cəhətdən bu matça köklənə biləcəkmi və hakimlər Elxan Abdullayevin komandasına qarşı üçüncü dəfə də ədalətsizlik edəcəklərmi? “Qarabağ” və “Qəbələ”yə qarşı “ikinci nömrəylə oynayan” “Neftçi” yaradıcılıqdan çox, intizama diqqət yetirən “İnter”ə qarşı hücum futbolu oynamağa qadirdimi?

Görüşü Əliyar Ağayevin idarə etməsi Xaqani Məmmədov üslubunda oyun idarəetməsinə şahidlik etməyəcəyimizə ümidləri artırırdı. “Qara paltarlılar”la bağlı mövzuya bir daha qayıtmamaq üçün Ağayevin yalnız bir epizodda loyallıq nümayiş etdirdiyini söyləyək. Hesab 3:1 “ağ-qaralar”ın xeyrinə olarkən, ötürməyə yetişmədiyini və topun yan xətdən çıxacağını görən Slavik Alxasov onu nümayişkəranə halda əliylə meydana qaytardı. Görüşün 68-ci dəqiqəsində baş verən bu hərəkətə görə “İnter”in müdafiəçisinə sarı vərəqə göstərilməli idi. Lakin FİFA referisi bu addımı atmadı. Aydın məsələdi ki, Ağayev tablodakı nəticəni nəzərə aldı. Lakin hesabın hakimlərə dəxli olmamalıdı.

“Neftçi”nin start heyətinə nəzər saldıqda, ən çox diqqətçəkən məqam qapıçı idi. Boban Baykoviçi heç ehtiyat oyunçular skamyasına oturtmayan baş məşqçi “çərçivə”ni legioner limiti üzündən gənc Maksim Vayloya etibar etmişdi. Daha bir məqam isə komandanı kapitan sarğısı ilə Georgi Navalovskinin çıxarması idi.

Oyunöncəsi məqamlara pozitiv epizodla son qoyaq. “Ağ-qaralar” dünən 8 yaşını qeyd edən “Forza Neftçi”ni – ən çılğın fanat qruplarını unutmamışdılar. Onlar isinmə hərəkətləri üçün çıxdıqları maykanın üzərində “Forza Neftçi – 8” yazdırmışdılar ki, bu da mövsümün ilk yarısında uğursuz çıxış edən klubla fanat ordusu arasında yanmış körpülərin bərpası yolunda bəlkə də həlledici rolu oynadı.

“Neftçi” oyuna daha fəal başladı. Bu, əslində gözlənilən idi. Zaur Svanadzenin yetirmələri tempi oyunun gedişatında artırmağı sevirlər. İlk dəqiqələrdə isə “İnter” daha çox rəqiblərini yuxuya verməyi xoşlayır. Lakin “ağ-qaralar” mövsümün ilk yarısında o qədər yatıblar ki, indi geriyə yolları yoxdu.

Elxan Abdullayevin drujinası mərkəz dairəsi yaxınlığındakı fəal oyunuyla meydan sahiblərini səhvlərə yol verməyə məcbur edirdi. Belə səhvlər isə həmişə təhlükəli olur. Çünki hücum qurmaq üçün bütün meydanı deyil, yalnız yarısını qət etməlisən. Matçın 12-ci dəqiqəsində Nizami Hacıyev yeniyetmə səhviylə yadda qaldı. Söhbət Tərzin Cahangirovdan geri qaldığı epizodda topa çatmaq üçün maksimal sürət yığmadan gedir. Belədə yarımmüdafiəçi üçün gödvəsi ilə topu bağlamaq gərəkirdi ki, o da bunu etdi. Nəticədə “İnter”in kapitanı bir göz qırpımında ehtiyat oyunçular skamyasında əyləşən komanda yoldaşlarından çox fayda verə bilməyəcəyi vəziyyətdə qaldı.

Cahangirovun növbəti hərəkəti isə Nizaminin qüsurunu çılpaqlığı ilə ortaya qoydu: meydan sahiblərinin müdafiə xətti hücuma gedən komanda yoldaşlarının arxasınca çıxırdı. Deməli, dəliklər qaçılmaz idi. Tərzinin zərgər dəqiqliyi ilə müdafiə xəttinin arxasına ötürdüyü topu Daniel Seqoviya eyni ustalıqla ram etdi. Bu epizodda ona mane olmağa çalışan Zurab Xizanişvili səhvə yol verməmişdi. Yuxarıda qeyd etdiyimiz kimi, o, hücumun arxasınca addım-addım irəliyə gedirdi. Gürcü müdafiəçi ispaniyalı forvardın Səlahət Ağayevlə üz-üzə qaldığı ilk anda rəqibinə rahat zərbə endirmək üçün əngəl olmağı bacardı. Bu səbəbdən də Seqoviyanın zərbəsi nə qüvvətli alındı, nə də küncə yönəldi. Səlahətdən dönən topa isə “Neftçi”nin “12 nömrə”si “yan qayçı” zərbəsi endirməklə məsələni həll etdi – 0:1.

İlk qol epizodunda adları hallanan qonaqların 2 futbolçusunu xüsusi qeyd etdik. Ancaq “ağ-qaralar”ın əksər futbolçularının sanki həyatlarının qarşılaşmasına çıxdıqlarını da qeyd etməmək ədalətsizlik olar. Rəhman Hacıyevin yaradıcılıq qabiliyyəti və sürəti, Zdenek Folprextin intizamı və işgüzarlığı, Namiq Ələsgərovun yeni komandasında dəridən-qabıqdan çıxması, Məqsəd İsayevin cinahdakı fəallığı “Neftçi” adına göz oxşayırdı. Ancaq bu simaların içərisində də xüsusi seçilən var idi. Söhbət İqnasio Herreradan gedir. Yarımmüdafiəçinin topa hər toxunuşu ayrı bir aləm idi. Çilili futbolçu azarkeşlərin də könlünə taxt salmağın yolunu bildiyini nümayiş etdirdi. Ancaq bu barədə bir qədər sonra. 

Hələliksə “İnter”in “yağışdan çıxıb, yağmura düşdüyü” epizod haqda. Qonaqların ən fəal futbolçusu Herrera cinahda Nizami Hacıyevdən sıyrıldıqdan sonra topu cərimə meydançasına fırladır. Elə bir nöqtəyə ki, ora qapıçının çıxması mümkünsüz, mərkəzlə qaytarmaq təhlükəli, qapı xəttindən çıxarmaq isə avtoqolla nəticələnə bilər. Zurab Xizanişvili topu qapıya parallel uzaqlaşdırdıqda isə gözdən qaçan Namiq Ələsgərov onu saxlamadan uzaq “altılığ”a göndərdi. Top bəlkə də “çərçivə”dən yan keçəcəkdi. Lakin meydan sahiblərinin bədbəxtçiliyndən hadisə yerinə tələsən Denis Silvanın ayağına dəyərək, qapıdan keçdi. Əslində, qol Ələsgərovun ayağına yazılmamalıdı. Çünki zərbədən sonra topa müdaxilə edən Denis istiqaməti dəyişir. Ancaq bu, statistika fanatlarını maraqlandıran məsələdi…

Nə qədər qəribə olsa da, “İnter” buraxdığı 2-ci qoldan sonra da oyun sistemində dəyişiklik etmədi. Monoton futbolla nəyə ümid etmək olardı? Yalnız rəqibin səhv(lər)inə. Bu, 35-ci dəqiqədə baş verdi. Yazının əvvəlində qeyd etdiyimiz məqamı bir daha xatırlatmaq istəyirik. Kiril Petrov mərkəz dairəsi yaxınlığında topu itirdi. Bu cür itkilərin acınacaqlı sonluqlarla nəticələnməsini bir an sonra gördük. Nizami Hacıyevin ara ötürməsindən sonra Rauf Əliyev Maksim Vayloyla üz-üzə çıxdı. Hücumçunun zərbəsi isə daha çox ötürməyə bənzədi. Lakin Vaylo soyadının ilk 3 hərfindən istifadə etməyi qərara aldı… Vay-vay – top əlinin altından sürüşdü.

Fasiləyədək qalan 10 dəqiqə kəsiyində meydan sahibləri daha istəkli olsalar da, Vaylonun ikinci dəfə “vay” deməsi üçün real təhlükə yarada bilmədilər.

İkinci hissənin əvvəlində Rauf paxıllıq etməsəydi, vəziyyət köklü dərəcədə dəyişəcəkdi. Lakin iti bucaq altında olan hücumçu əlverişli mövqedə olan komanda yoldaşlarına ötürmə etmək əvəzinə, işlək olmayan sol ayağı ilə topu uzaq küncə göndərmək qərarına gəldi. Nəticədə top uzaq yox, yaxın küncə istiqamətləndi… özü də “çərçivə”dən kənara. Oyunun qırılma anı kimi məhz bu epizodu göstərə bilərik. 

Bundan sonra “Neftçi” oyunun ipini yığa bildi. Yenə də mərkəzdə pressinq və rəqibin rahat hücum qurması mümkünsüz olurdu. Dəfələrlə cinahdan hücuma qoşulan Məqsəd İsayevin növbəti reydi nəhayət, 57-ci dəqiqədə bəhrəsini verdi. Məqsəd – Namiq – Məqsəd və Məqsəddən məqsədyönlü ötürmə. Müdafiəçi meydan sahiblərinin Seqovianı 4 tərəfdən mühasirəyə aldıqlarını görməyi bacardı və uzaq küncdə ötürmə istəyən İqnasio Herreranı tapdı. Ötürmə gözəl alındı, ancaq zərbə..! Çilili yarımmüdafiəçi topu şar, qapını luza, ayağını isə kiy kimi işlətdi. Vurduğu qolu isə “Forza Neftçi” fanatları əyləşdiyi (bu ifadə şərtidi, çünki azarkeşlər 90 dəqiqəni ayaqüstə keçirdilər) tribunaya tərəf qaçıb, onlarla birlikdə qeyd etdi. Azarkeşin qəlbinə yol tapmağın ən qısa yolundan istifadə edən  cənubi amerikalı futbolçu bununla da 8 yaşını qeyd edən fanatları layiqincə təbrik etdi.

Herreranın fərqlənməsindən sonra qarşıda hələ 33 dəqiqə vaxt qalsa da, Svanadzenin yetirmələri həmin axşam “Neftçi”nin məğlubedilməzliyi faktı ilə barışmışdılar. Doğrudu, gürcü mütəxəssis əvəzetmə planından maksimum yararlandı. Hətta sonuncu dəfə meydana çıxdığını yəqin ki, özü də xatırlamayan Mirhüseyn Seyidova da şans tanıdı. Ancaq “Neftçi” üçün dünən “al da, şal da bir idi”. 

…Final fiti səslənir. Müşahidə Şurasının sədri Çingiz Abdullayevlə Fərhad Bədəlbəyli tribunadan enirlər. Onlar futbolçuların bu qələbəni azarkeşlərlə necə paylaşdığını görməklərindən məmnundular. Qeyri-ixtiyari hər iki nəhəng (sözün hər iki mənasında) insan bu səhnəyə biganə qalmır. Abdullayev də, Bədəlbəyli də qələbə sevincini alqışla qarşılayırlar. “Neftçi”dən tələb olunan, gözlənilən, istənilən oyun nəhayət ki, ortaya qoyuldu. Ancaq unutmayaq ki, “bir güllə bahar olmaz”. İndi əvvəlki imicini qaytarmaq üçün “ağ-qaralar” mövsümün sonunadək bu tempi qorumağa məhkumdular. Yoxsa bunaqədərki son qələbəsini də “İnter”ləmatçda qazanmış “Neftçi” 7 oyundan bir ayılmaqla elə 7-ci pillədə qalmış olar.

CEYHUN ƏLİYEV

Reklam

Reklam


blank
Digər idman növləri2024-05-12 09:29

Azərbaycan yığmasından Burqasda qızıl medal

blank
Premyer-liqa2024-05-12 09:00

“Qəbələ” “Sabah”a, “Sumqayıt” “Səbail”ə qarşı

blank
Ölkə futbolu2024-05-12 08:45

Elxan Məmmədov – Mərdəkandan Kürdəxanıya yollanmaq üçün səbəb var

blank
Digər idman növləri2024-05-12 08:22

Bakıdakı Dünya kuboku rekordla başa çatdı

blank
Ölkə futbolu2024-05-12 08:00

Cəlilov – Ağayev duetinin “Zirə əməliyyatı”

blank
Dünya futbolu2024-05-12 02:23

“Real”dan darmadağın

blank
Dünya futbolu2024-05-12 02:00

“Napoli” uduzdu, “Milan” darmadağına sevindi

blank
Dünya futbolu2024-05-12 01:41

“Borussiya” darmadağına üzüldü

blank
Dünya futbolu2024-05-12 01:21

“Mançester Siti” və “Çelsi” səfərdə, “Tottenhem” evdə qələbə qazandı

blank
Dünya futbolu2024-05-12 01:00

Şeydayevlə İsgəndərlinin komandası pley-offda

blank
Premyer-liqa2024-05-12 00:45

“Qəbələ” ilə “Sabah”ın 27-ci dueli

blank
Dünya futbolu2024-05-12 00:31

Həsənalızadənin komandası 1-ci Liqaya vida etdi

blank
Ölkə futbolu2024-05-12 00:15

“Qəbələ”də bir itki

blank
Digər idman növləri2024-05-11 23:59

Stadnik Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazandı

blank
Digər idman növləri2024-05-11 23:47

Azərbaycan atleti Daşkənddə ikinci oldu

blank
Digər idman növləri2024-05-11 23:30

Karateçilərdən Avropa çempionatında 3 medal

blank
Digər idman növləri2024-05-11 23:15

Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Bakıya gəlib

blank
Digər idman növləri2024-05-11 23:01

“Xəzri” finalda “Sabah”a rəqib oldu

blank
Premyer-liqa2024-05-11 22:47

“Qarabağ”a 1 qol bəs etdi – VİDEO

blank
Premyer-liqa2024-05-11 22:28

“Hakimin qərarını dəyişib penalti verəcəyinə inanmırdım” – Rəşad Sadıqov

blank
Premyer-liqa2024-05-11 22:00

“İstədiyimiz oyunu göstərə bilmədik” – Qurban Qurbanov

blank
Premyer-liqa2024-05-11 21:28

“Zirə” “Qarabağ”a məğlub oldu

blank
Premyer-liqa2024-05-11 21:00

“Dəyişilməli çox şey var” – Elmar Baxşıyev

blank
Premyer-liqa2024-05-11 20:39

“Oyun başlayandan etibarən nəzarətimizdə idi” – Ayxan Abbasov

blank
Əvəzedicilər2024-05-11 20:26

“Neftçi”nin əvəzedicilərindən növbəti darmadağın

blank
Premyer-liqa2024-05-11 19:38

“Araz-Naxçıvan” “Turan Tovuz”a belə uduzdu – VİDEO

blank
Digər idman növləri2024-05-11 19:19

Azərbaycan parataekvondoçusu Avropa çempionu oldu

blank
Premyer-liqa2024-05-11 18:55

“Araz-Naxçıvan” “Turan Tovuz”a uduzdu

blank
Dünya futbolu2024-05-11 17:22

Krivotsyukun komandası səfərdə xal itirdi

blank
Əvəzedicilər2024-05-11 16:47

34-cü turun təyinatları müəyyənləşdi

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm