Müsahibə
Samir Abasov: "Haramları olsun"
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Topaz Pre…
"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində səfərdə "Neftçi"yə 0:1 hesabı ilə uduzduqları matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. Futbolinfo.az xəbər verir ki, o, öncə bunları söyləyib:
– Futbolda belə şeylər olur. 7 oyunluq məğlubiyyətsizlik seriyamız qırıldı. Bunu faciəyə çevirən deyilik. Qarşıda AZAL-la daha çətin oyunumuz var. Qol vəziyyətərinə baxsaq, "Neftçi" qələbəni haqq etdi. "Neftçi" ilə Sumqayıtda da oyunumuz olacaq. Dünya dağılmayıb. Orada qalib gəlirik.
– "Sumqayıt" iddialı rəqiblərə asanlıqla məğlub olmur. Gələcək planlarınız nədir?
– Azərbaycanda gələcəklə bağlı plan qurmaq çətindi. Bu günlə yaşayırıq.
– Azarkeşlərinizlə insident oldu…
– Haramları olsun. Mən o adamları nəinki azarkeş, sumqayıtlı saymıram. Bəlkə də, hansısa ehtiyatda qalan futbolçumuzun qohumu idilər.
– Amil Yunanovu meydana gec buraxmadınız ki?
– Məncə, gec deyildi. Çıxdı, ötürmə də verdi. Vura bilmədik.
NİCAT SALMANLI
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Ölkə futbolu2024-05-10 16:20
Kadinin meneceri: “Hələlik “Qarabağ”la danışmamışıq”