Müsahibə
Məhəmməd Qurbanov: "Bunda heç bir təhlükə yoxdur"
"Neftçi" ilə oyunun ikinci hissəsinin ilk yarısın…
"Neftçi" ilə oyunun ikinci hissəsinin ilk yarısına aktiv başladıq. Sadəcə, bir az qapımıza doğru qapandıq. Halbuki, baş məşqçimizin belə göstərişi yox idi. Əksinə, vəzifəmiz qol vurub qalib gəlmək idi". Futbolinfo.az xəbər verir ki, bu fikirləri "Sumqayıt"ın futbolçusu Məhəmməd Qurbanov Azərbaycan Premyer Liqasının 18-ci turunda "Neftçi"yə səfərdə 0:1 hesabı ilə məğlub olduqları matçdan sonra bildirib.
Onun fikrincə, bu matçda meydandan xalla ayrıka bilərlərmiş: "Razıyam ki, qapıçımız Fərhad Vəliyev bir neçə dəfə bizi real qoldan xilas etdi. Ancaq bizim də fərqlənmək şanslarımız oldu. Hücumçumuz Ehtiram Şahverdiyev sonda qol vursaydı, hesab bərabər olacaqdı".
Vaxtilə "Neftçi"yə çıxış edən gənc hücumçu keçmiş komandasının indiki durumundan da söz açıb. O, qış fasiləsinədək olan "ağ-qaralar"la indiki arasında fərqin böyuük olub-olmamağı ilə bağlı sualı belə cavablandırıb: "Açığı, bu fərqi hələ hiss etməmişəm. İki ay keçsin, sonra baxarıq. Doğrudur, hələ ki, nəticə verirlər. Ancaq oyun haqda heç bir şey deyə bilmərəm".
Qurbanov "Neftçi"nin onlarla xal fərqini 6-ya azaltmasında problem görmür: "Bunda heç bir təhlükə yoxdur. Əksinə, bu il maraqlı çempionatdır. Baxaq görək, mübarizə necə keçəcək".
NİCAT SALMANLI
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Ölkə futbolu2024-05-10 16:20
Kadinin meneceri: “Hələlik “Qarabağ”la danışmamışıq”