Dünya futbolu
İqor Tudor rəsmən "Qalatasaray"da!
Türkiyənin "Qalatasaray" klubunun yeni baş məşq&cce…
Türkiyənin "Qalatasaray" klubunun yeni baş məşqçisini adı rəsmən açıqlanıb. Futbolinfo.az xəbər verir ki, İstanbul klubunun sükanı arxasına gözlənildiyi kimi, xorvatiyalı mütəxəssis İqor Tudor gətirilib.
Artıq "Qalatasaray"ın rəsmi saytı "Karabükspor"un çalışdırıcısı ilə anlaşdıqlarını rəsmən bəyan edib. O, 2017-18 mövsümünün sonunadək "sarı-qırmızılar"ın sükanı arxasında olacaq. Bu mövsümün sonunadək 400 min avro alacaq Tudor gələn mövsüm üçün 1 milyon avro gəlir əldə edəcək.
Tudorun qazancı komandasının avrokuboklara vəsiqə qazanmasından da asılı olacaq. Bundan əlavə, "Karabükspor"la müqaviləni vaxtından öncə ləğv etdirdiyi üçün, "Qalatasaray" sözügedən kluba 150 min avro təzminat ödəyəcək.