Dünya futbolu
"Fənərbaxça" səfərdən məğlub, "Beşiktaş" qalib qayıdır, MY və "Roma"dan darmadağın
Bu gün Avropa Liqasında 1/16 final mərhələsinə start veriili…
Bu gün Avropa Liqasında 1/16 final mərhələsinə start veriilib. Futbolinfo.az xəbər verir ki, bu mərhələnin ilk oyunlarının hamısı bir gündə baş tutub.
Günün ilk matçı Rusiyada keçirilib. Burada yerli “Krasnodar” Türkiyənin “Fənərbaxça” klubunu qəbul edib. Yeganə qol meydan sahiblərinə qələbə qazandırıb.
Türkiyənin digər klublarından “Beşiktaş” İsraildə “Hapoel”in, “Osmanlıspor” isə Yunanıstanda “Olimpiakos”un qonağı olub. "Beşiktaş" səfərdən qələbə ilə qayıtdığı halda, "Osmanlıspor" qolsuz heç-heçə ilə kifayətlənməli olub.
"Roma" səfərdə "Vilyarreal"a 4 cavabsız qolla qalib gəlməklə cütün taleyini demək olar ki, həll edib. "Tottenhem"in səfərdə "Gent"ə uduzması da diqqətçəkən olub. "Mançester Yunayted", "Fiorentina" və Donetsk "Şaxtyor"u isə günü qələbə ilə başa vuranlar sırasında yer alır.
Avropa Liqası
1/16 final mərhələsinin ilk oyunları
16 fevral
“Krasnodar” (Rusiya) – “Fənərbaxça” (Türkiyə) – 1:0
Qol: V.Klaesson, 4 (1:0).
“Astra” (Rumıniya) – “Genk” (Belçika) – 2:2
Qollar: T.Kastanye, 25 (0:1). K.Budesku, 43 (1:1). L.Trossard, 83 (1:2). T.Seto, 90 (2:2).
“Alkmaar” (Hollandiya) – “Olimpik” (Lion, Fransa) – 1:4
Qollar: L.Tusart, 26 (0:1). A.Lakasette, 45 (0:2). A.Lakasette, 57 (0:3). A.Cahanbaxş, 68-pen. (1:3). C.Ferri, 90 (1:4).
“Borussiya” (Münhenqladbax, Almaniya) – “Fiorentina” (İtaliya) – 0:1
Qol: F.Bernardeski, 44 (0:1).
“Selta” (İspaniya) – “Şaxtyor” (Ukrayna) – 0:1
Qol: Q.Blanko, 26 (0:1).
“Rostov” (Rusiya) – “Sparta” (Çexiya) – 4:0
Qollar: M.Mevlja, 15 (1:0). D.Poloz, 37 (2:0). K.Noboa, 40 (3:0). S.Azmun, 68 (4:0).
“Gent” (Belçika) – “Tottenhem” (İngiltərə) – 1:0
Qol: J.Perbet, 59 (1:0).
“Ludoqorets” (Bolqarıstan) – “Kopenhagen” (Danimarka) – 1:2
Qollar: A.Abel, 2-öz qapısına (0:1). Y.Toto, 53 (0:2). K.Keseru, 81 (1:2).
“Olimpiakos” (Yunanıstan) – “Osmanlıspor” (Türkiyə) – 0:0
“Anderlext” (Belçika) – “Zenit” (Rusiya) – 2:0
Qollar: F.Aşamponq, 5 (1:0). F.Aşamponq, 31 (2:0).
“Atletik” (İspaniya) – APOEL (Kipr) – 3:2
Qollar: F.Efrem, 36 (0:1). G.Merkis, 38-öz qapısına. (1:1). A.Aduris, 61 (2:1). İ.Uilyams, 72 (3:1). Y.Yanniotas, 89 (3:2).
“Hapoel” (Beer-Şeva, İsrail) – “Beşiktaş” (Türkiyə) – 1:3
Qollar: Villiam, 42-öz qapısına (0:1). E.Barda, 44 (1:1). C.Tosun, 60 (1:2). A.Hatçinson, 90 (3:1).
“Legiya” (Polşa) – “Ayaks” (Hollandiya) – 0:0
“Mançester Yunayted” (İngiltərə) – “Sent-Etyenn” (Fransa) – 3:0
Qollar: Z.İbrahimoviç, 15 (1:0). Z.İbrahimoviç, 75 (2:0). Z.İbrahimoviç, 89-pen. (3:0).
PAOK (Yunanıstan) – “Şalke” (Almaniya) – 0:3
Qollar: Q.Burqstaller, 27 (0:1). M.Mayer, 82 (0:2). K.Y.Huntelaar, 90 (0:3).
“Vilyarreal” (İspaniya) – “Roma” (İtaliya) – 0:4
Qollar: Emerson, 32 (0:1). E.Dzeko, 65 (0:2). E.Dzeko, 79 (0:3). E.Dzeko, 86 (0:4).