I Liqa
Emil Balayev: "Səbail" mənim üçün böyük bir təcrübədir"
"Səbail"in yeni qapıçısı Emil Balayev də MOİK-l…
"Səbail"in yeni qapıçısı Emil Balayev də MOİK-lə oyunda "Səbail" formasıyla debüt edən oyunçular arasında idi. Futbolinfo.az xəbər verir ki, oyundan sonra qapıçı jurnalistlərə bir sıra açıqlamalar verib.
23 yaşlı qapıçı əvvəlcə komandaya uyğunlaşma prosesindən danışıb: "Komandaya yanvarın 14-də qoşulmuşam. Artıq "Səbail"ə uyğunlaşmışam. Təlim-məşq toplanışında 3 yoxlama oyunu keçirdik və həmin qarşılaşmalar mənim üçün uğurlu alındı. Mehriban kollektivimiz var".
Emil "Səbail"ə keçidi haqqında da fikirlərini bildirib: "Qarabağ"da idim. Sonra məsləhət oldu ki, icarə əsasında "Səbail"də çıxış edim. Keçmişə nəzər salsaq, "Araz Naxçıvan"dan "Neftçi"yə qayıtmış, sonra da "Ayntraxt"a yollanmışdım. Futbolda belə şeylər olur. "Səbail" mənim üçün böyük bir təcrübədir".
Emil komandadakı gələcəyi haqda isə bunları deyib: ""Səbail"in uğurları üçün çalışacam. Bizim işimiz məşqlərdə özümüzü göstərməkdir. Qiymətləndirməni isə məşqçilər korpusu verir".
- Ölkə futbolu2024-05-10 08:00
“Yurqorden” Musa Qurbanlıya qiymət qoydu – 10 milyon kron
- Dünya futbolu2024-05-10 16:37
AÇ-2024-ün rəsmi mahnısı təqdim edildi – VİDEO
- Ölkə futbolu2024-05-10 09:21
“Əks təqdirdə fanatlar Şeydayevi qəbul etməyəcək”
- Ölkə futbolu2024-05-10 16:20
Kadinin meneceri: “Hələlik “Qarabağ”la danışmamışıq”