Premyer-liqa
"İnter" – "Zirə" matçından sonra qalmaqal
Topaz Premyer Liqasının 19-cu turunun "İnter" – "Zir…
Topaz Premyer Liqasının 19-cu turunun "İnter" – "Zirə" matçından sonra qalmaqal yaşanıb. Futbolinfo.az xəbər verir ki, meydan sahibi klubun təhlükəsizlik xidmətinin işçiləri jurnalistlərə, hətta "Zirə" rəsmilərinə qarşı kobud davranıblar.
Kobud münasibətlə üzləşənlərdən biri də "Zirə"nin qapıçısı Kamal Bayramov olub. Təcrübəli qapıçının təhlükəsizlik xidmətinin işçiləri ilə az qala əlbəyaxa davaya çıxmasına yaxındakılar mane olublar.
Qeyd edək ki, "İnter" bu görüşdə "Zirə" ilə 1:1 hesablı bərabərliyə razılaşıb.