Premyer-liqa
Zaur Svanadze: "Nəticə ədalətlidi"
"İnter"in baş məşqçisi Zaur Svanadze Azərbaycan …
"İnter"in baş məşqçisi Zaur Svanadze Azərbaycan Premyer Liqasının 19-cu turu çərçivəsində "Zirə"yə qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, "bankirlər"in gürcü çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
– Çətin oyun oldu. Ona görə ki, hər iki komanda müəyyən taktiki sxemlə oynayırdı. Baxımlı oyundan çox meydandakı mübarizə ön planda oldu. “Qarabağ”la matçda daha yaxşı oynamağa çalışacağıq.
– Nəticəni qənaətbəxş saymaq olar?
– Onlar 10 nəfər qaldıqdan sonra geriyə çəkildilər və bizə bundan sonra oynamaq çətin oldu. Nəticə ədalətlidi.
ELMAR ABDULLA-ZADƏ