Bizi izləyin

Ölkə futbolu

AFFA – "İnter" izdivacı yekunlaşdı: saysız problem yığını ilə…

Heç 2 ay da tamamlanmadı. Azər Əliyev gəldi və Azərbaycan…

blank
Heç 2 ay da tamamlanmadı. Azər Əliyev gəldi və Azərbaycan futbolunda heç bir iz qoymadan getdi. Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının sabiq sədri "İnter"in prezidenti postunda düz-əməlli kreslo üzü də görmədi.
 
Hələ yanvarın sonunda bəlli olmuşdu ki, "İnter" Beynəlxalq Bankın himayəsindən çıxır. 20 yaşlı kluba bundan sonra AFFA himayədarlıq edəcək. 2004-cü ilin yayından "bankirlər" adlanan komanda artıq sponsorunun üz döndərməsi üzündən ortada qalmışdı. "Xəzər Universiteti"nin varisi Beynəlxalq Bankın 13 illik sevgini bitirməsi üzündən dağılmaq təhlükəsi ilə üz-üzə idi.
 
Təbii ki, bankın imtinasından sonra Azər Əliyevin təsadüfi adam olduğu sahədə qalması da mümkün deyildi. AFFA klubu məcburən himayəyə götürsə də, ona rəhbərliyi, xərclənəcək maliyyəyə nəzarəti öz işçisinə tapşırdı.
 
3 həftəlik təhvil-təslim işləri dünən başa çatdı. Azər Əliyev çemodanını götürüb getdi, bütün idarəçilik AFFA-nın hüquqşünası Rəmiş Malıyevə keçdi. Klubda səlahiyyətli nümayəndə funksiyasını icra edəcək Rəmiş bəy yaya kimi komandanı idarə etməlidi.
 
Düzü, nəyin təhvil-təslim edildiyini bilmirik. Çünki Beynəlxalq Bank ötən ilin sonundan "İnter"dən əlini çəkmişdi və AFFA-ya bir yığın problem qoyub getdi. İndi onları həll etmək, futbolçulara qalan maaş borclarını bağlamaq lazımdı.
 
Hələ stadion məsələsi tam başqa mövzudu. "İnter Arena"nın taleyi müəmma olaraq qalır. Keçmiş ""Şəfa" stadionu klubun balansındadı, amma klubun səhmlərinin əsas hissəsi maliyyə nazirliyindədi. AFFA-nın 4 milyon manata (!) satdığı arena həm də girovdadı. Klub üçün götürülən 30 milyon manatın (!) qarşılığında keçmiş rəhbərlik "İnter Arena"nı bankda girov qoyub. Qurğunun alış dəyərindən 7-8 dəfə baha qiymətləndirilərək girov qoyulması özü bi müəmmadı.
 
Bundan başqa, arenanın ərazisində bir neçə üstüörtülü meydança salınıb. "Azfar" tərəfindən icarəyə götürülərək inşa edilən bu meydançaların icarə haqqını kimə ödəyəcəyi bilinmir. Hələ burada yaradılan "Yuventus" məktəbinin də taıeyi suaı altındadı. Bu layihə Beynəlxalq Bank tərəfindən maliyyələşdirilirdi və maya kimi mövcud olan müqavilə var. Klubun balansında olan stadiondakı bu məktəb də güman ki, fəaliyyətini dayandıracaq. Çünki bank futbola yatırım etməkdəm vaz keçib.
 
Dünənki təhvil-təslim prosesində futbolçulara bir sıra vədlər verilib. Belə ki, onlara oyunlara məsuliyyətlə yanaşmaq tövsiyyə olunub. Guya ki, yayda vəziyyət daha da yaxşılaşacaq. Lakin bu şirin vədə inanmaq olmur. AFFA himayə etdiyi klublara elə də yüksək büdcə ayırmayıb. Məsələn, "Kəpəz"də illik büdcə 1 milyon manat civarındadı, artərmaq mümkün deyil. "İnter"də isə real müqavilələrin dəyəri bundan 5 dəfə çoxdu və aylıq 600-650 min manat SOCAR üçün böyük yükdü. Ona görə də yayda ciddi ixtisarlar gözlənilir. Belədə futbolçulara hansı əsasla hər şeyin daha yaxşı olacağının vəd edilməsi anlaşılmazdı.
 
Həddindən artıq çoxlu sualın qaldığı bu izdivacın başlanğıcındaylq. Artıq "İnter"lə Beynəlxalq Bankı heç nə bağlamır. Bank 13 ildi maliyyə ayırdığı, vaxtilə "Xəzər Universiteti"ndən 200 min dollara aldığı klubu transfer qadağası, ağır borc öhdəlikləri və müəmmalı infrastruktur problemləri ilə birgə AFFA-nın üzərinə atıb getdi. İndi Rəmiş Maləyev təhvil aldığı klubda yeni səhifə açmalıdı. Yekun qərar isə yayda veriləcək. Hər halda, 20 illik tarixi olan klub dağılmadı, indi qalır sabit gələcəyi təmin etmək – ya yeni sponsorla, ya da AFFA-nın ianələri hesabına.
 
FƏRİD
Reklam

Reklam


blank
Digər idman növləri2024-05-15 13:36

AVF rəsmiləri Tovuz Regional Voleybol Klubunun qonağı olublar

blank
Ölkə futbolu2024-05-15 13:18

II Liqada Nəsibov, Premyer Liqada yalnız “Kəpəz”lilər

blank
I Liqa2024-05-15 13:00

I Liqada 26-cı turun 3 oyunun təyinatları bəlli oldu

blank
Digər idman növləri2024-05-15 12:42

Şumaxerin saat kolleksiyası 4,4 milyona satıldı

blank
Digər idman növləri2024-05-15 12:25

Həlledici mərhələ başlayır

blank
Digər idman növləri2024-05-15 12:08

İtaliya qran-pridən məhrum ola bilər

blank
Digər idman növləri2024-05-15 11:51

“Rolan Qarros”: Turnirin ikiqat finalçısı yarışlara dəvət almadı

blank
Digər idman növləri2024-05-15 11:37

Son çempion dönüş etməyə yaxındır

blank
Ölkə futbolu2024-05-15 11:22

Marakvelidze: “Bir neçə təklifim var”

blank
Ölkə futbolu2024-05-15 11:07

Tovuzluların Niderland səfəri

blank
Ölkə futbolu2024-05-15 10:50

“Qəbələ”ni hansı aqibət gözləyir?

blank
Dünya futbolu2024-05-15 10:35

41 il sonra yenidən ÇL-də

blank
Digər idman növləri2024-05-15 10:17

Avqustda Meyvezerin döyüşü olacaq

blank
Digər idman növləri2024-05-15 09:59

“Ölçülərin mənası olsaydı, meşənin şahı fil olardı”

blank
Ölkə futbolu2024-05-15 09:42

Klublarımızın rəqibləri bəlli olur: yalnız “Neftçi” səpələnmişlərdə olacaq

blank
Digər idman növləri2024-05-15 09:25

“Mercedes” sürücüsünə mükafat verildi

blank
Digər idman növləri2024-05-15 09:10

“Bu il yığma komandada gənc oyunçular da çoxdur”

blank
Ölkə futbolu2024-05-15 08:52

“Qarabağ” – 34 çempiondan biri

blank
Ölkə futbolu2024-05-15 08:35

Musa Bakıya rəqib kimi gələ bilər

blank
Ölkə futbolu2024-05-15 08:17

Mirzov mövsümün bitməsini gözləyir: “Ondan sonra vəziyyətə baxacağıq”

blank
Müsahibə2024-05-15 08:00

Xvalko qərarını verməyib: “Həmin anda nəsə deməyin xeyri olmayacaqdı”

blank
Dünya futbolu2024-05-15 02:09

“Real”dan növbəti darmadağın

blank
Dünya futbolu2024-05-15 01:17

“Mançester Siti” ilə “Tottenhem” də bacarmadı

blank
Ölkə futbolu2024-05-14 23:05

Azərbaycan çempionatının qalibi müəyyənləşdi

blank
Dünya futbolu2024-05-14 22:16

“Milan”dan ABŞ klubuna – RƏSMİ

blank
Digər idman növləri2024-05-14 22:02

Bolonya klubu əsas sponsorundan məhrum oldu

blank
Digər idman növləri2024-05-14 21:40

MDB oyunlarında sambo yarışları Qazaxda keçiriləcək

blank
Digər idman növləri2024-05-14 21:19

Avroliqanın ən yaxşı oyunçusu elan edildi

blank
Ölkə futbolu2024-05-14 21:10

II Liqanın qalibi bəlli oldu

blank
Digər idman növləri2024-05-14 21:00

Dünya reytinqinin ikincisi “Rolan Qarros”da olmayacaq

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm