Ölkə futbolu
Roman Qriqorçuk irəlilədi, Qurban Qurbanov yerində saydı
Dünyanın ən yaxşı baş məşqçilərinin yeni reytinq s…
Dünyanın ən yaxşı baş məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb. Futbolinfo.az xəbər verir ki, bu siyahıda Azərbaycandan da iki məşqçisinin adı düşüb.
Bunlar “Qəbələ”li Roman Qriqorçuk və “Qarabağ”lı Qurban Qurbanovdu. Bundan əvvəlki reytinq siyahısında 452-ci pillədə olan Ağdam klubunun çalışdırıcısının mövqeyi dəyişməyib. Təcrübəli mütəxəssisn aktivində 1361 xal var. “Qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk isə 7 pillə irəliləyib. Ukraynalı mütəxəssis aktivindəki 852 xalla 625-cidir.